Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Çje İn Şimali Koreyaya səfər etmək istəyir. Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Çje İn Şimali Koreyaya səfər etmək istəyir.

Cənubi Koreya lideri şimal qonşusunu ziyarət edəcək

Cənubi Koreyanın yeni seçilmiş prezidenti Mun Çje İn Şimali Koreyaya səfər etmək istəyir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə dövlət başçısı vəzifəsinə inaqurasiyası zamanı açıqlama verib.

Çıxışı zamanı Mun Çje İn qeyd edib ki, uyğun şərait yarandıqda o, Şimali Koreyanın paytaxtı Pxenyana səfər edəcək.

Mun Çje İn sabiq insan haqları müdafiəçisinin oğludur. Onun ailəsi Şimali Koreyadan qaçqın düşüb. Özü isə liberal görüşləri ilə tanınır.

Mun Çje İn bildirib ki, o, Amerika Birləşmiş Ştatlarının Koreya yarımadası ətrafında hərbi fəallığı ilə əlaqədar yaranmış gərginliyi aradan qaldırmaq üçün əlindən gələni edəcək. Dövlət başçısı ölkə iqtisadiyyatını yaxşılaşdırmaq üçün də lazımi tədbirlər görəcəyini deyib.

Mun Çje İn ötən gün keçirilən növbədəkənar prezident seçkilərinin qalib olmuşdu.

Bəxtiyar Abbasov

AzNews.az