02:39
(077) 610-22-33

Suriyadan sonra ən çox insan itkisi verən ölkə - Gözlənilməz statistika

  • >
5 411 10 May 2017 16:18 | Dünya

Nə İraq, nə Əfqanıstan, nə də Yəmən bu qədər itki verməyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ötən il Suriya münaqişəsindən sonra dünyada ən çox ölüm halları Meksika münaqişəsində qeydə alınıb. Mediyada daha çox Yaxın Şərq və Əfqanıstan kimi ölkələrdə qaynar münaqişələrlə əlaqədar ölüm hallarına dair xəbərlər yayılsa da, statistika məhz Meksikada gedən döyüşlərdə daha çox insan itkisinin olduğunu göstərib.

Statistikaya görə ötən il bu ölkədə 23 min insan narkotik kartelləri arasında gedən müharibənin qurbanları olublar. Qətllərin kiçik silahlarla icra olunması isə məsələnin təəccüb doğuran tərəflərindən biridir. Belə ki, Meksikada kiçik silahlardan istifadə olunduğu halda, Suriyada kütləvi qırğın və kimyəvi silahlardan da istifadə olunub.

Meksikada 2015-ci ildə ölü sayı 17 min, 2014-cü ildə 15 min təşkil edib.

Suriya ötən il münaqişədə 50 min, İraq 17 min, Əfqanıstan 16 min, Yəmən isə 7 min itki verib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X