06:36
(077) 610-22-33

Rəsmi Ankara ABŞ-a etiraz etdi

  • >
5 770 10 May 2017 17:39 | Dünya

Türkiyənin baş naziri Binali Yıldırım bildirib ki, Ağ Ev Türkiyənin bu məsələdə həssaslığını nəzərə almalıdır.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Yıldırım “YPG”nin silahlanmasını Amerikanın özü üçün də mənfi hal hesab edib:

Bizim mövqeyimiz məlumdur. Türkiyə İŞİD-ə qarşı mübarizədə Kürdüstan partiyasından və digər qruplaşmalardan istifadə edilməsinə qarşıdır. Biz bunu bütün müttəfiqlərimizə, o cümlədən, Amerika Birləşmiş Ştatlarına bildirmişik. “PKK”ya dəstək olunması bizim üçün qəbulolunmazdır. ABŞ və Türkiyə NATO tərkibində vacib müttəfiqlərdir. Düşünürük ki, Amerika bu məsələdə Türkiyənin həssaslığını nəzərə ala bilər. Türkiyə terrorizmə qarşı uğurla mübarizə aparır və hər kəs mübarizənin necə uğurla getdiyinə şahid olur. May ayının 17-sində prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla görüş keçirəcək. Görüşdə Ağ Evin kürd üsyançılara dəstəyi məsələsi də müzakirə olunacaq.

Bir qədər əvvəl Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp kürd üsyançıların silahlandırılması ilə bağlı Pentaqonun təklif planını qəbul etmişdi.

Məlumata görə, Ağ Evin bu qərarı kürdlərin Suriyanın Raqqa şəhəri uğrunda mübarizəsinə dəstək məqsədi daşıyır.

Qeyd edək ki, Raqqa şəhəri İŞİD qruplaşmasının “alınmaz qalası” hesab olunur.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X