01:17
(077) 610-22-33

ABŞ-da güclü qasırğa barədə xəbərdarlıq edildi

  • >
2 321 12 May 2017 16:56 | Dünya

Amerika Birləşmiş Ştatlarının cənub, cənub-şərq hissəsində güclü qasırğa dağıntılar törədib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əsasən, Oklahoma ştatında dağıntıların miqyası daha geniş olub. Şiddətli külək ştat ərazisində onlarla evin damını uçurub. Bir neçə yerdə ağaclar kökündən çıxaraq aşıb. Həmçinin, çoxlu sayda avtomobillərə də ziyan dəyib.

Amerikanın Milli Hava Xidməti Arkanzas, Missuri və Kanzas ştatlarında da qasırğa gözlənildiyinə dair xəbərdarlıq edib. Ştat sakinləri zərərdən qaçmaq üçün tədbirlər görməyə başlayıblar.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X