08:13
(077) 610-22-33

Pakistanda fəhlələr hücuma məruz qaldı – 10 nəfər öldü

  • >
2 760 13 May 2017 14:01 | Dünya

Pakistanın Bəlucistan vilayətində tikintidə işləyən fəhlələr silahlı hücuma məruz qalıblar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 10 fəhlə öldürülüb.

Məlumata görə, motosikletlə hərəkət edən silahlılar onlara atəş açıblar. Hadisənin baş verdiyi bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Sözügedən bölgədə ötən gün Senatının sədr müavini Abdul Ğafur Heydərinin avtomobil karavanı hücuma məruz qalmış, nəticədə 25 nəfər ölmüş, 37 nəfər yaralanmışdı.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X