Şirkət rəhbərliyi bildirib ki, “ransomware” tipli sistem virusu kompyuter təhlükəsizliyi məsələsində istifadəçilərə “oyan” çağırışı olmalıdır. Şirkət rəhbərliyi bildirib ki, “ransomware” tipli sistem virusu kompyuter təhlükəsizliyi məsələsində istifadəçilərə “oyan” çağırışı olmalıdır.

Texnologiya nəhəngi “Microsoft” xəbərdarlıq etdi – Virus kompyuterinizi girov götürə bilər

Şirkət rəhbərliyi bildirib ki, “ransomware” tipli sistem virusu kompyuter təhlükəsizliyi məsələsində istifadəçilərə “oyan” çağırışı olmalıdır.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, iki gün əvvəl geniş miqyasda yayılan virus artıq 150 ölkədə 200 min kompyuterə zərər yetirib. “Microsoft” rəsmiləri kiber-hücumların davam edə biləcəyinə dair istifadəçilərə xəbərdarlıq ediblər.

“Microsoft” rəsmiləri bildiriblər ki, hökumətlərin topladığı proqramların təhlükəsizlik baxımından zəifliyi geniş miqyasda zərərə səbəb olub.

Virus “Microsoft Windows” sistemlərindən birində qüsurun olduğunu üzə çıxarıb. Bir çox nəhəng şirkətlər fövqəladə vəziyyətin qarşısını almaq üçün xüsusi ekspertlər dəvət ediblər.

Qeyd edək ki, kütləvi şəkildə yayılan sistem virusunun Amerika Birləşmiş Ştatları Milli Təhlükəsizlik Agentliyi tərəfindən hazırlandığı bildirilir. Lakin Böyük Britaniya mediyası kiber-hücumun arxasında Rusiyanın dayandığını iddia edir.

Bu tip viruslar gizli şəkildə kompyuterə daxil olur, faylları şifrələyərək onları girov götürür və şifrənin açılması üçün istifadəçidən “Bitcoin” ödəniş sistemi ilə 300 dollar istəyir.

Aprel ayında “The Shadow Brokers” adlı xaker qrupu virus proqramını oğurladığını və proqramı onlayn satışa çıxardığını demişdi.

“Maykrasoft” virusun şifrələrini qırmaq üçün “kodsındıran” hazırlasa da, bir çox sistemlər yenilənmədiyi üçün virusun qurbanına çevrilə bilər.

Bəxtiyar Abbasov

AzNews.az