22:18
(077) 610-22-33

ABŞ-da yenidən qasırğa təhlükəsi

  • >
226 8 Fevral 2013 08:46 | Dünya

ABŞ Milli meteoroloji xidməti yaxınlaşan qar fırtınası ilə bağlı ölkənin şimal-şərqində qasırğa xəbərdarlığı elan edib.




AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qar fırtınası zonasına Nyu York və Boston şəhərləri də daxil olunub.

CNN-in verdiyi xəbərə görə, hal-hazırda güclü qar artıq yağmağa başlayıb. Nyu York şəhərində fevralın 8-də axşam saatlarında bir neçə saat ərzində 30 santimetrədək qar yağacağı proqnozlaşdırılır, küləyin sürəti isə saatda 65 kilometrə çatacaq.

Boston şəhərində məktəblər bağlanıb, sakinlərə evlərini imkan daxilində tərk etməmək məsləhət görülüb.

AzNews.az
Bağla X