09:47
(077) 610-22-33

Türkiyə ilə Almaniya arasında gərginlik – Alman deputatlar “İncirlik” hərbi bazasına buraxılmadı

  • >
3 762 15 May 2017 16:48 | Dünya

Türkiyə ilə Almaniya arasında “İncirlik” hərbi bazası ətrafında yaşanan qalmaqal daha da böyüyüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel alman millət vəkillərinin hərbi bazaya buraxılmamasına qarşı sərt reaskiya bildirib.

Merkel qeyd edib ki, alman qoşunlarının “İncirlik” hərbi bazasından çıxarılması üçün bu bazaya alternativ axtarışları başladılıb.

Bizim üçün çətindir. Bunu müxtəlif kanallar vasitəsi ilə izah etməyə çalışmışıq. Danışıqları davam etdirəcəyik. Lakin paralel olaraq mandata daxil edilmiş bu məsələni necə icra edəcəyimizə də baxacağıq. Çünki bizim artıq ziyarətlə bağlı çətinliyimiz olub. Bu əngəl “İncirlik” hərbi bazasına alternativin lazım olduğunu göstərir. Ehtimal olunan alternativlərdən biri İordaniyadır.

Türkiyənin diplomatik qaynaqları bildiriblər ki, alman millət vəkillərinin hazırkı dönəmdə hərbi bazaya ziyarəti uyğun hesab olunmur.

Türkiyə ilə Almaniya arasında diplomatik münasibətlərin pisləşməsinə səbəb Almaniya bundestaqının 2016-cı ilin iyun ayında qondarma erməni soyqırımını qınayan qətnamə qəbul etməsi olmuşdu.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X