ABŞ-da Uilmott şəhərində Kristofer Boşer yanan evdən Siri sayəsində xilas olunub. ABŞ-da Uilmott şəhərində Kristofer Boşer yanan evdən Siri sayəsində xilas olunub.

Siri partlayışda ağır yaralanan kişinin həyatını xilas etdi

ABŞ-da Uilmott şəhərində Kristofer Boşer yanan evdən Siri sayəsində xilas olunub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Boşer anasına məxsus boş qalan evə baş çəkib. Qapını açıb, işığı yandıran zaman evdə partlayış baş verib. Bu zaman Boşer üzündən və qollarından ağır yanıq xəsarətləri alıb. Bu səbəbdən 911 təcili yarım xidmətinə zəng edə bilməyib.

Buna baxmayaraq, telefonunun Siri xidmətindən istifadə edib və onu təcili yardım xilas edib. Hazırda o, xəstəxanadadır.

Qeyd edək ki, Siri Apple-ın iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş fərdi ağıllı assistent və naviqasiya proqramıdır. İstifadəçinin suallarına cavab verir və kömək edir.