İŞİD terror qruplaşması İstanbul Boğazından keçən Rusiyaya məxsus gəmilərə hücum edəcəyinə dair təhdid xarakterli ismarıclar yayıb. İŞİD terror qruplaşması İstanbul Boğazından keçən Rusiyaya məxsus gəmilərə hücum edəcəyinə dair təhdid xarakterli ismarıclar yayıb.

İŞİD terrorçuları rus gəmilərini hədəfə alıblar- İstanbul boğazında

İŞİD terror qruplaşması İstanbul Boğazından keçən Rusiyaya məxsus gəmilərə hücum edəcəyinə dair təhdid xarakterli ismarıclar yayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, vəziyyətlə əlaqədar Türkiyənin hərbi qüvvələri İstanbul Boğazında təhlükəsizlik tədbirlərini gücləndiriblər. Sahil mühafizə gəmiləri rus gəmilərini müşayət etməyə başlayıblar.

Türkiyə hərbi qüvvələrinin Rusiyaya məxsus qırıcı təyyarəni vurması və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsindən sonra iki ölkə arasında münasibətlər olduqca həssas vəziyyətə gəlib. Rəsmi Ankara belə bir dönəmdə hər hansı bir hadisənin baş verməməsi üçün bütün lazımi tədbirləri görməyə çalışır. Sahil xəttində 146 yerdə təhlükəsizlik postları yaradılıb. Eyni zamanda, hərbi helikopterlər də gəmiləri nəzarət altında saxlayırlar.

İstanbul polisi də gücləndirilmiş iş rejimində çalışmağa başlayıb. Polis bir neçə yerdə əməliyyatlar keçirərək İŞİD terrorçularını ələ keçiriblər.

Rus donanmasına məxsus “Caesar Kunikov” döyüş gəmisi İstanbul Boğazından keçərək Qara Dənizdə yoluna davam edib. Gəmidə əsgərlərin növbə tutduqları müşahidə olunub.

Bəxtiyar Abbasov

AzNews.az