Ermənistanda əsgər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ermənistanda əsgər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ermənistanda əsgər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Ermənistanda əsgər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Report" Ermənistanın orer.am saytına istinadən xəbər verir ki, Azərbaycanın işğal altında olan Hadrut yaşayış məntəqəsində dislokasiya olunan hərbi hissələrdən birində xidmət edən erməni əsgər Davit Tadevosyan əvvəl Cəbrayıl hospitalına, sonra Xankəndi hospitalına və mayın 1-də İrəvana təxliyə edilib.

İki həftədir huşsuz vəziyyətdə olan erməni əsgərin anası bildirib ki, Ermənistan Müdafiə Nazirliyindən heç kəs hərbçi ilə maraqlanmayıb.

Ararat rayon Yeğeqnavan kənd sakini Tadevosyanlar ailəsinin digər oğlu da orduda xidmət edib və xidmət zamanı burnu qırılsa da, əməliyyat üçün hərbi qurumlar tədbir görməyib. Xəstəxanalarda qalan ailənin evinin qaz təminatı da kəsilib, erməni əsgərə olan münasibətdən şikayətçi olan valideyn onun xəstəliyinin səbəblərinin açıqlanmadığını qeyd edib. Xəstəxanada əsgərə epilepsiya diaqnozu qoyulsa da, xəstəliyin səbəbləri tam açıqlanmayıb və vəziyyətinin ağır olduğu qeyd edilib.

AzNews.az