05:39
(077) 610-22-33

Ukrayna ilə Rusiya arasında kiber müharibə- Poroşenkonun rəsmi vebsaytı xaker hücumuna məruz qaldı

  • >
3 402 17 May 2017 12:26 | Dünya

Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi vebsaytı kiber-hücuma məruz qalıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Kiyev kiber-hücumların Rusiya tərəfindən edildiyini iddia edir. Lakin hökumət bunu sübut edəcək heç bir dəlil təqdim etməyib. Ukrayna rəsmiləri qeyd edir ki, bu, Ukraynada Rusiya mediyasına qarşı tətbiq olunan qadağaların cavabı ola bilər.

Xatırladaq ki, Ukrayna hökuməti ötən gün Rusiya mediyasının ölkədə fəaliyyətini məhdudlaşdırmışdı. Qanun layihəsi “mail.ru”, “vkontakte”, “Odnaklassniki”, “Yandex” saytlarının fəaliyyətinə ölkə ərazisində qadağan edilməsini nəzərdə tutur. Bundan başqa “TV Sentr”, “RBK”, “VQTRK”, “Zvezda”, “NTV-PLus”, “TNT”, “OTR”, “REN TV” kimi telekanalların aktivləri dondurulub və yayımları dayandırılıb.

Rəsmi Moskva da Kiyevin Rusiya mediasına qarşı tədbiq etdiyi qadağalara müvafiq sanksiyalarla cavab verəcəyini bəyan edib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X