Türkiyənin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtondakı səfirliyi qarşısında kürdlərlə türklər arasında qarşıdurma yaşanıb. Türkiyənin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtondakı səfirliyi qarşısında kürdlərlə türklər arasında qarşıdurma yaşanıb.

ABŞ-da kürd etirazçılarla türk fəallar əlbəyaxa oldular – VİDEO

Türkiyənin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtondakı səfirliyi qarşısında kürdlərlə türklər arasında qarşıdurma yaşanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər uzun müddət əlbəyaxa olublar.

Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb. Hadisə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşü zamanı baş verib.

Məlumata görə, türkiyəli fəallar Ərdoğanın siyasətinə qarşı etiraz edən kürdlərə hücum ediblər. Qarşıdurmalara Ərdoğanın cangüdənləri də müdaxilə ediblər. Təhlükəsizlik qüvvələri dava-dalaşın şiddətlənməsinə imkan verməyib.

Aksiya zamanı kürd fəallar Xalqların Demokratik Partiyası lideri Səlahəddin Dəmirtaşın azad edilməsini tələb ediblər.

Bəxtiyar Abbasov

AzNews.az