Əfqanıstanın Cəlalabad şəhərində naməlum silahlılar dövlət televiziyasına hücum ediblər. Əfqanıstanın Cəlalabad şəhərində naməlum silahlılar dövlət televiziyasına hücum ediblər.

Əfqanıstanda dövlət televiziyasına hücum etdilər – 1 nəfər öldürüldü

Əfqanıstanın Cəlalabad şəhərində naməlum silahlılar dövlət televiziyasına hücum ediblər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində bir mülki şəxs öldürülüb, 14 nəfər yaralanıb.

Rəsmilər qeyd ediblər ki, hücum edən şəxslər 3 nəfər olub. Onlar RTA teleradio-yayım şirkətinin binasına daxil olmağa çalışıblar. Bu zaman mühafizə qüvvələri ilə silahlılar arasında atışma olub. Silahlılardan ikisi üzərindəki partlayıcı maddəni işə salıb.

Hücum zamanı kanal rəhbərliyini və kanalın 12 əməkdaşını binadan təxliyə etmək mümkün olub.

Hücuma görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Sözügedən şəhər İŞİD terrorçularının nəzarəti altında olan bölgənin yaxınlığında yerləşir. Lakin həmin regionda Taliban silahlıları da fəaliyyət göstərirlər.

Bəxtiyar Abbasov

AzNews.az