21:31
(077) 610-22-33

"İranla bağlı ciddi sanskiyalar nəzərdə tutulmur"- Tramp

  • >
3 450 18 May 2017 10:13 | Dünya

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı sanksiya tədbirlərini təxirə salıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, planların təxirə salınmasına baxmayaraq, iranlı bir neçə müdafiə rəsmisinə və İranın nüvə proqramı layihəsi ilə əlaqədar olan Çin biznesmenlərinə qarşı sanksiyalar qəbul olunub. Qərara əsasən, İrana satış edən və ya bu ölkə ilə hər hansı bir iş görən şirkətin fəaliyyəti dayandırılacaq.

İrana qarşı sanksiyaların yüngülləşdirilməsi rəsmi Tehranla əldə olunan nüvə proqramına dair razılaşmanın şərtlərindən biri idi. Razılaşma əsasında İran öz növbəsində nüvə fəaliyyətini, həmçinin, uranın zənginləşdirilməsini məhdudlaşmalı və beynəlxalq müfəttişlərin İranın nüvə zavodlarında təftiş aparmasına icazə verməli idi.

Tramp sabiq prezident Barak Obama dövründə əldə olunan bu razılaşmanı ABŞ tarixinin “ən pis razılaşması” adlandırırdı. “İran alovla oynayır. İranlılar Obamanın onlara qarşı nə qədər “mülayim” davrandığının fərqində deyillər. Mən isə elə deyiləm” – deyə Tramp tvitter hesabında qeyd etmişdi.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X