Dünya üzrə ölüm hallarının üçdə birinin səbəbi müəyyən edilib. Dünya üzrə ölüm hallarının üçdə birinin səbəbi müəyyən edilib.

Dünyada ölüm hallarının üçdə birinə səbəb ürək-damar xəstəlikləridir

Dünya üzrə ölüm hallarının üçdə birinin səbəbi müəyyən edilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, problemin araşdırılmasında 133 ölkədən 2.3 min tibb mütəxəsisi çalışıb. Ekspertlər hesab edir ki, ölüm hallarının üçdə biri ürək-damar xəstəlikləri ilə əlaqədar baş verir. Xəstəliyin yaranmasına səbəb kimi yüksək qan təzyiqi, pis qidalanma, qanda xolesterinin yüksək səviyyədə olması, tütün və alkoqolun həddən artıq istehlakı və piylənmə halları göstərilir.

Araşdırmanın nəticəsi “American College of Cardiology” jurnalında nəşr olunub.

Ürək-damar xəstəliklərindən dünyasının dəyişən insanların əksəriyyəti Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın Şərq, Cənubi Amerika, Afrika və Okeaniya ölkələrindəndir.

Yaponiya, Andorra, Peru, Fransa, İsrail və İspaniya kimi ölkələrdə isə bu göstəricilər minimum səviyyədədir.

Tədqiqatçılar müəyyən ediblər ki, Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya və Şərqi Avropa ölkələrində son 5 ildə bu xəstəliklərdən ölüm halları çoxalıb.

Əldə olunan nəticələr 1990-2015-ci illərin statistikasına əsaslanır.

2015-ci ildə ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların sayı 400 milyon təşkil edib. Onlardan 18 milyonu məhz bu xəstəlikdən ölüb. 1990-2010-cu illərdə ölüm halları tibbi xidmət səviyyəsinin yüksəlməsi ilə əlaqədar azalıb.

Məsələn, 1990-cu ildə hər 100 min nəfərə görə ölüm hallarının orta göstərici 393 nəfər təşkil edib. 2010-cu ildə bu rəqəm 307-ə, növbəti 5 ildə isə 286-a düşüb.

Mütəxəssislər siyasi liderləri və alimləri bu hallara qarşı mübarizə aparmağa çağırıblar.

Bəxtiyar Abbasov

AzNews.az