18:20
(077) 610-22-33

“Facebook” cərimələndi- 110 milyon avro

  • >
2 335 18 May 2017 14:32 | Dünya

Avropa İttifaqı “Facebook” sosial şəbəkəsini 110 milyon avro məbləğində cərimələyib.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkənin 2014-cü ildə “WhatsApp” messengerinin satın alınması zamanı təqdim etdiyi yalnış informasiyadır.

Bu son bir həftə ərzində “Facebook” sosial şəbəkəsinə tətbiq olunan ikinci cərimədir. Bazar ertəsi Fransa höküməti ölkə qanunvericiliyinin şəxsi məlamatların müdafiəsi ilə bağlı qanunu pozduğuna görə şirkəti 150 min dollar məbləğində cərimələmişdi.

Bağla X