10:36
(077) 610-22-33

“Wikileaks”in qurucusuna qarşı istintaq dayandırıldı

  • >
2 548 19 May 13:53 | Dünya

İsveç prokurorluğu avstraliyalı jurnalist, “Wikileaks”in qurucusu Culian Assanja qarşı istintaqı dayandırıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, istintaq artıq 7 il idi ki, davam edirdi.

Assanj İsveç prokurorluğu tərəfindən cinsi zorakılıqda ittiham olunurdu. Lakin Assanj bu ittihamları heç vaxt qəbul etməyib. Sonuncu dəfə 6 ay əvvəl İsveç rəsmilərinə müsahibə verib.

Assanj, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən hərbi və diplomatik sənədləri mediyaya sızdırmaqda ittiham olunur.

45 yaşlı jurnalist ekstradisiyadan yayınmaq üçün Böyük Britaniyanın paytaxtı Londonda Ekvador səfirliyində siyasi sığınacaq əldə edib. Assanj 2012-ci ildən indiyə kimi orada məskunlaşıb. O, səfirliyin ərazisini tərk edəcəyi təqdirdə həbs oluna bilər.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X