İraqın paytaxtı Bağdadda ardıcıl iki partlayış törədilib. İraqın paytaxtı Bağdadda ardıcıl iki partlayış törədilib.

İraqda ardıcıl partlayışlar törədildi – 11 nəfər öldü

İraqın paytaxtı Bağdadda ardıcıl iki partlayış törədilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində azı 11 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bağdad rəhbərliyi hadisənin polis məntəqəsi yaxınlığında baş verdiyini deyib. İki avtomobil bir-birinin ardınca partladılıb.

Ölənlərin arasında 4 polis əməkdaşı da var.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Bəxtiyar Abbasov

AzNews.az