Ötən gün Liviya hərbi qüvvələri üsyançı rejimin nəzarəti altında olan Brək əl-Şəti hərbi aviasiya bazasına hücum etmişdi. Ötən gün Liviya hərbi qüvvələri üsyançı rejimin nəzarəti altında olan Brək əl-Şəti hərbi aviasiya bazasına hücum etmişdi.

Liviyada aviabazaya hücum- 141 nəfər öldü

Ötən gün Liviya hərbi qüvvələri üsyançı rejimin nəzarəti altında olan Brək əl-Şəti hərbi aviasiya bazasına hücum etmişdi.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Fayez əl-Sərrac əməliyyatlardan xəbərsiz olduğunu açıqlayıb. Ölkənin müdafiə naziri və əməliyyata rəhbərlik edən komandir saxlanılıb. Rəhbərlik onlarla əlaqədar istintaq araşdırması başladıb.

Sözügedən hərbi baza ötən ilin dekabr ayından indiyə kimi general Xəlifə Həftərin başçılıq etdiyi Liviya Milli Ordusunun nəzarəti altında idi. Qarşıdurma zamanı ən çox itki verən tərəf də məhz bu qruplaşma olub.

Şəhər meri İbrahim Zami əməliyyatların amansızca icra olunduğunu deyib. Onun sözlərinə görə, əməliyyatlar zamanı bir neçə təyyarə də yandırılıb.

Bazanın azad edilməsində Misrata hərbi qüvvələri fəal iştirak ediblər.

Liviyanın Qərb fraksiyası beynəlxalq səviyyədə tanınan hökumətə bağlı qüvvələrdir. Lakin Şərq fraksiyasını təşkil edən Liviya Milli Ordusu hazırkı hökuməti tanımır.

May ayının əvvəlində Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi baş nazir bölgədə atəşkəs elan olunması üçün Xəlifə Həftərlə qeyri-rəsmi razılaşma əldə etmişdi. Razılaşma ölkədə daha geniş siyasi və hərbi stabilliyin bərpa olunacağı ümidlərini doğurmuşdu.

Liviyada 2011-ci ildə sabiq prezident Müəmmər Qəddafi rejimi devrildikdən sonra müxtəlif siyasi qruplar arasında hakimiyyət uğrunda mübarizə başlamışdı.

Bəxtiyar Abbasov

AzNews.az