17:24
(077) 610-22-33

Dünyanın ən heyranedici 10 Birinci Xanımı- FOTO

  • >
9 594 20 May 11:23 | Dünya

Özünü bütün dünyaya sevdirməyi bacaran təkcə Böyük Britaniya şahzadəsi Diana və ya onun layiqli davamçısı Keyt Midlton deyil. Birinci Xanımlar həmişə öz incəlikləri və heyranedici xüsusiyyətləri ilə şöhrət qazanıblar. Əlbəttə, dünya liderlərinin sıravi insanlarla evlənməsi mümkün deyil. Məhz buna görə prezident xanımlarının reytinqi istənilən gözəllik yarışından daha üstün olur. İdeal sima ilə yanaşı bu qadınlar öz müdrikliyi və uzaqgörənlikləri ilə də fəxr edə bilərlər. Əks halda prezident və ya kralın xanımı olmaq mümkün olmazdı.

AzNews.az dünyanın ən heyranedici 10 Birinci Xanımını təqdim edir.

1. Mehriban Əliyeva – Azərbaycan prezidenti İlham Əliyevin xanımı

Mehriban Əliyeva Azərbaycanın vitse-prezidentidir. O, eyni zamanda, Heydər Əliyev fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiridir.

2. Marsela Tedeski – Braziliya prezidenti Mişel Temerin xanımı

Mişel Temer xanımından 42 yaş böyükdür. Lakin Braziliyada bu, heç kimi təəccübləndirmir. Burada gözəl modelin yaşlı siyasətçini başdan çıxarması adi haldır. Doğrusu, kim bilə bilərdi ki, Temer toyundan qısa müddət sonra prezident olacaq.

3. Letisiya Ortis Rokasolano – İspaniya kraliçası

Astruiya şahzadəsi gələcək həyat yoldaşını televizorda görüb. O, vəliəhd kimi deyil, mediya işçisi kimi daha çox tanınırdı. Çünki televiziyada xəbərlər proqramını aparırdı. Tezliklə onlar evləndilər və 10 il sonra tacqoyma mərasimi oldu və şahzadə İspaniya krallığının varisinə çevrildi.

4. Lalla Salma – Mərakeş şahzadəsi

Dördüncü Məhəmməd bu kürən gözələ aşiq olmaya bilməzdi. Gözəllik Lallanın yeganə məziyyəti deyil. O, çox mərd insandır və ailə həyatı quranadək mühəndis kimi fəaliyyət göstərib. İndi isə fəal şəkildə xeyriyyəçiliklə məşğuldur.

5. Cetsun Pema Vanqçuk – Butan kraliçası

Butanın 5-ci kralı adının ifadəsi çətin olan bu gözəl xanımı 21 yaşında özünə həyat yoldaşı seçib. Monarx əmindir ki, illərin bəxş etdiyi müdriklik ilə o, tarixin ən möhtəşəm kraliçası olacaq.

6. Li Sol Çju – Şimali Koreya lideri Kim Çen Inın xanımı

Bu, düyanın ən müəmmalı Birinci Xanımıdır. Li Sol Çju haqqında, demək olar ki, heç nə məlum deyil. Şimali Koreyada ümumiyyətlə nələrin baş verdiyini bilmək çətin məsələdir. Şaiyələrə görə, Li Sol Çju əvvəllər müğənni olub. Ailə həyatı qurduqdan sonra isə, Kim Çen Inın gələcəkdə varisləri olacaq iki uşaq dünyaya gətirib.

7. Silviya Bonqo – Qabon prezidenti Ali ben Benqo Ondimbanın xamını

Silviya Bonqo, hətta, prezidentə ərə getməsə idi belə, məşhur olacaqdı. Bu gözəl xanım, eyni zamanda, təcrübəli iş adamıdır. Onun özünün gəlirli şirkəti var idi. Maliyyə işlərində səriştəsi ona evləndikdən sonra xeyriyyə layihələrində rəhbrəlik etməyə imkan verdi.

8. Şarlen Uittstok – Monako knyazının xanımı

Bu xanım da öz nailiyyətlərini heç də knyaz ilə evliliyinə borclu deyil. Knyazla tanışlığa qədər o, uğurlu üzgüçü idi və Olimpiya oyunlarında da iştirak etmişdi. İndi isə o, ənənəvi olaraq xeyriyyə işləri ilə məşğul olur.

9. Anxelika Rivera – Meksika prezidenti Enrike Penya Nyetonun xanımı

Bu qadın onun əri Meksika prezidenti olmazdan əvvəl artıq məşhur idi. Məsələ burasındadır ki, o, Meksika seriallarının sevilən aktrisasıdır.O, böyük marağa səbəb olan “Sadəcə, Mariya” adlı serialda kiçik rol ifa edib. Onun əvvəlki ərindən 3 uşağı var.

10. Raniya əl-Abdullah – İordaniya kraliçası

Raniya isə artıq 20 ildir ki, böyük siyasətdədir. Onun əri də ən az xanımının stajı qədər İordaniyada krallıq edib. Raniya böyük məsuliyyəti öz üzərinə götürməkdən imtina etmir və fəal şəkildə həm daxili, həm də xarici siyasətdə çətin məsələlərin həllində iştirak edir.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X