15:12
(077) 610-22-33

Zukerberq toylarının ildönümü münasibəti ilə şəkil paylaşdı: “Evləndikdən sonra belə bir şey öyrəndim ki...”

  • >
6 617 20 May 15:19 | Dünya

“Facebook”un yaradıcısı Mark Zukerberq həyat yoldaşı ilə evliliklərinin 5 ilinin tamam olması münasibəti ilə dostları ilə şəkil paylaşıb.

AzNews.az xəbər verir ki, Mark Zukerberq həyat yoldaşı Priscilla Can ilə evliliklərinin 5 ilinin tamam olması münasibəti ilə şəkil paylaşıb və şərh yazıb:

“Bu gün biz evliliyimizin 5 ilini qeyd edirik. Mən Priscillaya hər il bu tarixdə bal ayı təşkil etməyi söz vermişəm. Bu dəfə biz Amerika Birləşmiş Ştatlarının Men şatatına səyahət edəcəyik. Evləndikdən sonra belə bir şey öyrəndim ki, dünyanı birlikdə seyr etmək daha yaxşıdır”.

Mark Zukerberqin İnstaqram hesabında paylaşdığı foto

Mark Zukerberq Priscilla Can ilə 2012-ci ildə ailə hayatı qurub. Onlar oz zaman toyu qonaqlara surpriz etmişdilər. Belə ki, onlar qonaqları Psiscillanın aspiranturanı bitirmək münasibəti ilə təşkil etdiyi əyləncə adı ilə dəvət etmişdilər. Lakin, qonaqlar surprizlə qarşılaşmışdılar. Onlar sonra başa düşmüşdülər ki, toya gəliblər. 2015-ci ildə cütlük ilk dəfə valideyn olublar. Onların Maks adlı qızı dünyaya gəlib. Zukerberq mart ayında isə bir daha izləyicilərinə həyat yoldaşının yenidən hamilə olduğunu bildirib.

Bağla X