Türkmənistanın baş nazir müavini Batır Ereşov özünü asaraq öldürüb. Türkmənistanın baş nazir müavini Batır Ereşov özünü asaraq öldürüb.

Baş nazir müavini intihar etdi - Türkmənistanda

Türkmənistanın baş nazir müavini Batır Ereşov özünü asaraq öldürüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin hansı motivlər əsasında baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma başladılıb.

52 yaşlı dövlət rəsmisi sənaye sektorunu inkişafına nəzarət edirdi. Məlumata görə, Türkmənistanda başladılan anti-korrupsiya kampaniyasında onun da adı hallandırılıb. Nazir müavinin oğlu aprel ayının sonunda həbs olunmuşdu.

Ereşov Özbəkistanın Buxara vilayətində doğma ata yurdunda dəfn olunub.

Bəxtiyar Abbasov

AzNews.az