Türkiyənin İstanbul şəhərində “Reina” gecə klubunun qanunsuz tikilmiş hissəsi dağıdılıb. Türkiyənin İstanbul şəhərində “Reina” gecə klubunun qanunsuz tikilmiş hissəsi dağıdılıb.

Qətliamın baş verdiyi məşhur gecə klubu dağıdıldı- VİDEO

Türkiyənin İstanbul şəhərində “Reina” gecə klubunun qanunsuz tikilmiş hissəsi dağıdılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, kluba yaxın mənbələr tikilinin dağıdılması ilə bağlı əvvəlcədən xəbərdar edilməyiblər.

“Bizim üçün də gözlənilməz oldu. Təxminən, 45 dəqiqə çəkdi. Dağıtdılar getdilər.”

Daha sonra İstanbul Böyükşəhər Bələdiyyəsi gecə klubuna məxsus binanın bir hissəsinin dağıdılması ilə bağlı rəsmi qərar qəbul olunduğunu açıqlayıb.

Sözügedən klub yanvar ayının 1-də İŞİD terror qruplaşmasınn hücumuna məruz qalmışdı. Terrorçular 39 nəfərin həyatına son qoymuşdular.

Bəxtiyar Abbasov

AzNews.az