Mançestr şəhərində baş vermiş partlayışın təfərrüatları məlum olub. Mançestr şəhərində baş vermiş partlayışın təfərrüatları məlum olub.

İngiltərə terrorunun təfərrüatları - Foto

Mançestr şəhərində baş vermiş partlayışın təfərrüatları məlum olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, polis konsertdən əvvəl “Twitter” səhifəsində təhdid xarakterli ismarıc paylaşan şəxsi axtarır.

İsmarıcda “təhdidimizi unutdunuzmu? Bu, ədalətli bir terrordur” sözləri qeyd olunur. Şübhəli şəxs öz səhifəsində “Manchester Arena”nın bayrağı ilə İŞİD bayrağını da paylaşıb.

Amerikalı müğənni Ariana Qrandenin konsertindən sonra baş vermiş partlayış nəticəsində 19 nəfərin öldüyü, 59 nəfərin yaralandığı bildirilir. Tibb işçiləri yaralıların bədənindən qəlpə qalıqları aşkarlayıblar.

Bəxtiyar Abbasov

AzNews.az