Cənubi Koreyanın sabiq prezidenti Park Kın He hakim qarşısına çıxarılıb. Cənubi Koreyanın sabiq prezidenti Park Kın He hakim qarşısına çıxarılıb.

Sabiq prezidentə qarşı məhkəmə başladıldı – Koreyada

Cənubi Koreyanın sabiq prezidenti Park Kın He hakim qarşısına çıxarılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Park Kın He məhkəmədə təqsirsiz olduğunu bildirib.

Koreya hökuməti Park Kın Heni rüşvətxorluq, vəzifədən sui-istifadə və dövlət sirlərini aşkar etməkdə ittiham edir.

Park Kın He mart ayında həbs olunmuşdu.

Cənubi Koreyada rüşvətxorluğa görə ən ağır cəza ömürlük azadlıqdan məhrumedilmədir.

Bəxtiyar Abbasov

AzNews.az