Əfqanıstanın Qəndəhar vilayətində bir qrup silahlı şəxs hərbi bazaya hücum edib. Əfqanıstanın Qəndəhar vilayətində bir qrup silahlı şəxs hərbi bazaya hücum edib.

Əfqanıstanda terrorçular hərbi posta hücum etdilər – 11 hərbçi öldürüldü

Əfqanıstanın Qəndəhar vilayətində bir qrup silahlı şəxs hərbi bazaya hücum edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı yaranmış silahlı qarşıdurmada 11 hərbçi öldürülüb, 9 nəfər yaralanıb. Hücumun “Taliban” terror qruplaşması tərəfindən təşkil edildiyi bildirilir.

Yerli polisin məlumatına görə, silahlılar blok-postun komandiri Abdul Maliki oğurlayıblar. Əməliyyat zamanı komandir də yaralanıb.

Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyət son günlərdə daha da pisləşib. Bir sıra rayonlarda ərazi üstünlüyünə malik olan “Taliban” terrorçuları iri şəhərlərə hücumlar etməyə başlayıblar. Ölkədə eyni zamanda, İŞİD terror qruplaşmasının da təsir dairəsi genişlənib.

Bəxtiyar Abbasov

AzNews.az