İndoneziyanın Açe vilayətində homoseksual cütlük seksual münasibət zamanı yaxalanıb. İndoneziyanın Açe vilayətində homoseksual cütlük seksual münasibət zamanı yaxalanıb.

Homoseksuallar seks zamanı yaxalandı- Meydanda döyüldü (FOTO)

İndoneziyanın Açe vilayətində homoseksual cütlük seksual münasibət zamanı yaxalanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, şəriət qanunları ilə idarə edilən İndoneziyanın Açe vilayətində yerli sakinlər iki kişini cinsi münasibət zamanı yaxalayıb polisə təslim ediblər. Biri 20, difəri 24 yaşında olan homoseksual cütlük şəhər meydanında hamının gözü qarşısında dəyənəklə döyülüb. Cəzanı tətbiq edən şəxslər isə üzləri örtülü, qəribə libaslı dövlət işçiləri olub. Kişilərin hərəsinə 85 dəyənək zərbəsi vurulub.

Açe vilayətinin qanunlarına əsasən, bu cür günahın cəzası 100 dəyənək zərbəsidir.

Meydana yığışan insanlar hər iki şəxsin döyülməsini gülərək izləyib, mobil telefonlara çəkiblər.

Homoseksual münasibət İndoneziyanın yalnız bu əyalətində qanunla qadağandır. 2001-ci ildən etibarən şəriət qanunları ilə idarə edilən Açe vilayətində 2014-cü ildən homoseksual münasibətlərə qarşı sərt cəzalar nəzərdə tutulub.

AzNews.az