Suriya hərbi qüvvələri Hələb vilayətində gedən döyüşlərdə üstünlük əldə ediblər. Suriya hərbi qüvvələri Hələb vilayətində gedən döyüşlərdə üstünlük əldə ediblər.

İŞİD-in “müharibə naziri” öldürüldü

Suriya hərbi qüvvələri Hələb vilayətində gedən döyüşlərdə üstünlük əldə ediblər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD-in “müharibə naziri” kimi tanınan Əbu Musab əl-Məsri Hələb vilayətinin şərq hissəsində keçirilən əməliyyatlar zamanı zərərsizləşdirilib.

Suriya hərbi rəhbərliyi əl-Məsrini İŞİD-in yüksək rütbəli şəxslərindən biri kimi təsvir edib.

Hərbi qüvvələr, eyni zamanda, Homs vilayətində də İŞİD silahlılarına qarşı irimiqyaslı əməliyyatlar keçiriblər.

Bəxtiyar Abbasov

AzNews.az