14:24
(077) 610-22-33

Trampın Belçika səfəri etirazlara səbəb oldu

  • >
1 809 25 May 2017 09:39 | Dünya

Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Belçikaya səfəri etirazlarla qarşılanıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, aksiya zamanı bir qrup fəal “Trampı dayandırın, planeti xilas edin” şüarları ilə çıxış ediblər.

Tramp bu gün paytaxt Brüsseldə NATO ölkələrinin liderləri ilə görüşəcək. Sammitin gərgin keçəcəyi gözlənilir.

Tramp NATO üzvləri və Avropa Birliyi ölkələrinə qarşı tənqidi mövqe sərgiləyir.

O, NATO ölkələrini müdafiə sisteminə daha az pul xərcləməkdə təqsirləndirir.

NATO ölkələri təşkilatın nizamnaməsinə əsasən, milli gəlirin 2 faizini təşkilatın müdafiə sisteminə xərcləməlidir.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X