Çexiyanın Domajlitse rayonunda 77 yaşlı Almaniya vətəndaşı dünyasını dəyişib. Çexiyanın Domajlitse rayonunda 77 yaşlı Almaniya vətəndaşı dünyasını dəyişib.

77 yaşlı kişi striptiz klubda öldü

Çexiyanın Domajlitse rayonunda 77 yaşlı Almaniya vətəndaşı dünyasını dəyişib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı kişiyə nə klubun işçiləri, nə də həkimlər kömək edə bilməyiblər.

Məlumata görə, xarici ölkə vətəndaşı içki sifariş verdikdən sonra divanda oturub. Daha sonra onun vəziyyəti pisləşib.

“Huşunu itirən kişiyə ilk olaraq klubun işçiləri kömək etməyə çalışıblar. Daha sonra həkimlər hadisə yerinə gəlib. Təəssüflər olsun ki, tibbi müdaxilə müsbət nəticə vermədi” – deyə polis nümayəndəsi Daqmar Brojov bildirib.

İlkin müayinə zamanı kişinin meyiti üzərində zorakılıq izləri aşkarlanmayıb.

Bəxtiyar Abbasov

AzNews.az