23:20
(077) 610-22-33

Rəsmi Ağ Ev Trampın kobudluğunu şərh etdi- Video

  • >
4 685 26 May 2017 10:37 | Dünya

Ağ Ev ABŞ prezidenti Donald Trampın Çernaqoriyanın baş naziri Duşko Markoviçə qarşı etdiyi kobud hərəkəti şərh edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Şon Spayserin sözlərinə görə, Tramp bu addımı atmaqla, sadəcə, protokola uyğun davranmağa çalışıb. Spayser qeyd edib ki, liderlərin fotoşəkil üçün düzülüş sırası əvvəlcədən müəyyən edilib. Tramp isə bu sıraya uyğun dayanmağa çalışıb.

Ötən gün Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO sammiti zamanı Donald Tramp Çernaqoriyanın baş naziri Duşko Markoviçi itələyərək onun qarşısına keçmişdi.

Markoviç hadisə ilə əlaqədar münasibətində qeyd edib ki, Trampın bu hərəkətindən zərər görməyib və buna diqqət etməyib. “Mən buna diqqət etmədim, sadəcə, reaksiyanı sosial şəbəkələrdə gördüm. Təbii ki, ABŞ prezidenti ön cərgədə dayanır” – deyə nazir qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X