Əfqanıstanın Qəndəhar vilayətində hərbi baza hücuma məruz qalıb. Əfqanıstanın Qəndəhar vilayətində hərbi baza hücuma məruz qalıb.

Əfqanıstanda hərbi bazaya hücum – 15 nəfər öldü

Əfqanıstanın Qəndəhar vilayətində hərbi baza hücuma məruz qalıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı öldürülən 15 nəfərin əksəriyyəti əfqan əsgərləridir.

Əfqanıstanın Müdafiə Nazirliyi bildirib ki, hücuma görə “Taliban” qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

3 gün əvvəl oxşar hücumlar nəticəsində 11 hərbçi öldürülmüş, 9 nəfər yaralanmışdı.

Əfqanıstanın bir sıra rayonlarında ərazi üstünlüyünə malik olan “Taliban” terrorçuları son günlərdə hücumların sayını artırıblar.

Bəxtiyar Abbasov

AzNews.az