05:33
(077) 610-22-33

Bülənt Ərsoya istirahət etmək baha başa gəldi - İlan sancdı

  • >
3 875 26 May 2017 16:42 | Dünya

Hindistanda proqram çəkilişində olan türkiyəli müğənni Bülənt Ərsoyu ilan sancıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisədən dərhal sonra Ərsoyu təcili olaraq xəstəxanaya çatdırıblar.

Ərsoy “Dünya Gözəllərim” adlı proqramın çəkilişi ilə əlaqədar Hindistana səfər edib.

46 dərəcə istidə çəkiliş meydançasında çalışan müğənni yorulduğu üçün çəmənlikdə istirahət etmək qərarına gəlib. Ərsoy çəmənlikdə gəzən zaman ilan onun sol ayağını sancıb. Ərsoyun harayına ilk olaraq çəkiliş meydançasının əməkdaşları çatıb. Əməkdaşlar ilanı tutaraq öldürüblər.

Bülənt Ərsoy, Burcu Əsmərsoy, Safiye Soyman və Banu Alkan yeni proqramla əlaqədar dünyanı gəzirlər.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X