İnsan bədənində 30 yaşından sonra mənfi dəyişiklər müşahidə olunur. İnsan bədənində 30 yaşından sonra mənfi dəyişiklər müşahidə olunur.

Kişilərdə cinsi zəiflik artır, qadınlarda cinsi istək çoxalır- 30 yaşdan sonra

İnsan bədənində 30 yaşından sonra mənfi dəyişiklər müşahidə olunur.

AzNews.az xarici mətbuata istinadən elmi araşdırmanı təqdim edir.

Məlum məsələdir ki, insan yaşlandıqca onun müəyyən bədən funksiyaları da zəifləyir. Lakin araşdırma göstərir ki, zəifləmə halları daha çox 30 yaşdan sonra özünü biruzə verir. İnsan daha çox ağrılar hiss edir, hərəkətləri daha da ağırlaşır, çəki artırır, saçları bozarmağa başlayır.

Bundan başqa, insan 30 yaşın yaratdığı depresiyaya düşür.

Buna qarşı mübarizə aparmaq mümkün deyil. Çünki insan orqanizmində daimi dəyişiklər gedir.

Fiziki görünüşü dəyişmək daha çətin olur. Çünki metabolizm yavaşlamağa başlayır.

Araşdırma göstərib ki, insan 35 yaşına kimi il ərzində 450-900 qram çəki artırır.

Qadınlar üçün isə hamilə qalmaq ehtimalları zəifləyir. Qadının 30 yaşdan sonra hamilə qalma ehtimalı 20 faiz təşkil edir.

Qadınların seksə meyilliliyi artır. Tədqiqata əsasən, qadınlar 27-45 yaş aralığında daha çox cinsi istəklərinin arxasınca gedirlər.

Daha çox seks arzusu sağlamlıq göstərici olsa da, bunun səbəbi cinsi məhsuldarlığın tədricən azalması ilə bağlıdır.

Kişilərdə 30 yaşından sonra testosteron səviyyəsi azalır. Bu isə öz növbəsində libidonun (seks istəyinin) azalmasına səbəb olur. Azalma il ərzində 1 faiz təşkil edir. 70 yaşında artıq gənclik dövrü ilə müqayisədə libido 50 faiz təşkil edir. Kişilərdə spermanın hərəkətliliyi zəiləyir.

Bədənimizdəki hormon dəyişikliyi piylənmənin artmasına, saçların tökülməsinə, əhval-ruhiyyənin tez-tez dəyişməsinə və ereksiya funksiyasının pozulmasına səbəb olur.

Bəxtiyar Abbasov

AzNews.az