Əfqanıstanın Xost vilayətində Ramazan ayının birinci günündə avtomobilin partladılması nəticəsində 18 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilir. Əfqanıstanın Xost vilayətində Ramazan ayının birinci günündə avtomobilin partladılması nəticəsində 18 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilir.

Əfqanıstanda avtomobil partladıldı – 18 nəfər öldü

Əfqanıstanın Xost vilayətində Ramazan ayının birinci günündə avtomobilin partladılması nəticəsində 18 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər avtomobilə partlayıcı maddə yerləşdiriblər.

Terror aktına görə, heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Müşahidəçilər Əfqanıstanda son günlərdə “Taliban” qruplaşmasının daha da fəallaşdığını, hücumlarının sayını artırdıqlarını məruzə ediblər.

Bəxtiyar Abbasov

AzNews.az