Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron elitar univermaqda iki mühafizəçisi ilə alış-verişə çıxıb. Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron elitar univermaqda iki mühafizəçisi ilə alış-verişə çıxıb.

Müştərilər Devid Kemerona əsəbləşdi - “Mağazada növbəni pozdu” (Video)

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron elitar univermaqda iki mühafizəçisi ilə alış-verişə çıxıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazirin növbəni pozaraq corab alması mağazadakı müştərilərdən birinin narazılığına səbəb olub.

Sabiq-baş nazir əvvəlcə düzgün ölçüdə corab seçmədiyinə görə 2 dəfə kassaya yaxınlaşmalı olub. Şahidlərin sözlərinə görə, o, çox dalğın görsənirdi. Müştərilərdən biri “Mən başa düşmürəm, ona niyə xüsusi xidmət göstərirsiz? Axı o, artıq keçmiş baş nazirdir. O, da bizim kimi növbədə dayanmalıdır.” deyə narazılığını göstərib.

Qeyd edək ki, Devid Kemeron Britaniyada baş verən Brexitdən sonra vəzifəsindən istefa verib.