Hollandiyanin Haaqa şəhərində fəaliyyət göstərən Beynəlxalq Cəza Məhkəməsi İranda 1979-cu il İslam inqilabından sonra siyasi məhbusların kütləvi şəkildə qətli ilə bağlı araşdırdığı məhkəmə işini sona çatdırıb. Hollandiyanin Haaqa şəhərində fəaliyyət göstərən Beynəlxalq Cəza Məhkəməsi İranda 1979-cu il İslam inqilabından sonra siyasi məhbusların kütləvi şəkildə qətli ilə bağlı araşdırdığı məhkəmə işini sona çatdırıb.

Haaqa Məhkəməsi İranı təqsirləndirdi

Hollandiyanin Haaqa şəhərində fəaliyyət göstərən Beynəlxalq Cəza Məhkəməsi İranda 1979-cu il İslam inqilabından sonra siyasi məhbusların kütləvi şəkildə qətli ilə bağlı araşdırdığı məhkəmə işini sona çatdırıb.



APA-nın məlumatına görə, Məhkəmənin çıxardığı hökmdə 1980-ci illərdə 15-20 min nəfər siyasi məhbusun öldürülməsində İran İslam Respublikası təqsirkar bilinib.

Məhkəmə bu qərarı toplanan qətllərə dair sənədlər əsasında çıxardığını bildirərək, siyasi məhbusların kütləvi qətlini Balkan müharibəsi zamanı Srebnitsada yaşayan Bosniya müsəlmanlarının məruz qaldığı qətliama bənzədib.

Məhkəmənin İdarə Komitəsinin üzvü, ingilis əsilli tanınmış hüquqşünas Geoffri Nays "Independent" qəzetinə müsahibəsində bildirib ki, 1981-ci ildə ayətullah Xomeyninin İrana rəhbərliyi bu ölkədə solçuların və İslama qarşı çıxan vətəndaşların həbsi və məhkəməsiz edamı ilə nəticələnib: "Önəmli odur ki, insanlar keçmişdə baş verən cinayətləri danışa bilirlər. İndi BMT də bu məsələ ilə bağlı araşdırmalar aparmaq üçün öz komissiyasını təşkil edə bilər".

AzNews.az