08:06
(077) 610-22-33

Şri-Lankada daşqın qurbanlarının sayı 164 nəfərə çatıb

  • >
1 514 29 May 2017 12:18 | Dünya

Şri-Lankada daşqınlar nəticəsində azı 164 nəfərin öldüyü, 111 nəfərin itkin düşdüyü bildirilir.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Şri Lankada mövsümi yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Əsasən, Kalutara rayonunda daşqınlar genişmiqyaslı dağıntılar törədib. Rayonun 5 bölgəsində torpaq sürüşmələri qeydə alınıb. Yüzlərlə ev daşqın suları altında qalıb.

Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bölgəyə yüzlərlə xilasedici cəlb edilib.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X