Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanıb. Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanıb.

İstanbul boğazında Azərbaycan bayrağı - Video

Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanıb.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, mayın 28-də Ankara vaxtı ilə saat 20:35-dən etibarən İstanbul boğazında Fatih Sultan Mehmet körpüsü Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişib.

Unikal bayram təbriki Azərbaycanın İstanbul şəhərindəki Baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Qeyri-adi bayram təbriki Avropa və Asiya qitələrini birləşdirən körpüdən istifadə edənlərin marağına səbəb olub.

AzNews.az