Kornoul hersoginyası Kamilla Parker-Boulz ilk dəfə Uels şahzadəsi Çarlza olan sevgi münasibətlərindən danışıb. Kornoul hersoginyası Kamilla Parker-Boulz ilk dəfə Uels şahzadəsi Çarlza olan sevgi münasibətlərindən danışıb.

Britaniya şahzadəsinin həyat yoldaşı etiraf etdi - “Düşmənimə də arzulamıram” (Foto)

Kornoul hersoginyası Kamilla Parker-Boulz ilk dəfə Uels şahzadəsi Çarlza olan sevgi münasibətlərindən danışıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, onların romantik münasibətləri hələ 1971-ci ildə başlayıb.

Bir çoxları hələ də Çarlzın şahzadə Dianadan ayrılmasına səbəb kimi Kamillanı göstərirlər.

Bu səbəbdən Kamillə The Mail nəşrinə müsahibə verib:

“Mən az qala 1 il cəmiyyət içərisinə çıxa bilmirdim. Bu dəhşətli idi. Həmin dövrlər mənim üçün xoşagəlməz idi. Bunu ən qəddar düşmənimə də arzulamaram. Paparassilər bizi hər yerdə izləyirdilər. ” - 69 yaşlı hersoginya belə deyib.

Qeyd edək ki, Çarlzla Diana rəsmi şəkildə 1996-cı ildə boşanıblar. Bütün bu qalmaqala, Diananın 1997-ci ildə ölümünə baxmayaraq, cütlük 2005-ci ildə rəsmi şəkildə nigaha daxil olub.

Kamilla müsahibəsində hersoginya rolunun çətinliklərindən də danışıb:

“Mənim valideynlərin mənə çox yaxşı tərbiyə verib. 16 yaşıda məktəbi tərk edərək Parisə, Florensiyaya yollandım. Orada mən yeni həyatla, mədəniyyətlə tanış oldum, insanlarla necə düzgün davranmaq lazım olduğunu öyrəndim. Əgər bütün bunlar olmasaydı, mən çətin ki, hersoginya rolunun öhdəsindən gələ bilərdim.”

17 iyulda 70 yaşı tamam olan Kamilla yubileyini çox səs-küylü yox, ailə içində qeyd etməyi istədiyini bildirib.

image description image description image description image description