08:10
(077) 610-22-33

Möhsün Rzayi: “İranın pulunu dəyərdən salmaq istəyirlər”

  • >
585 9 Fevral 2013 11:23 | Dünya

İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayi fevralın 7-də İran islam inqilabının ildönümü münasibətilə Qumda çıxış edərək ölkədəki ağır iqtisadi durumdan danışıb.

"Media forum" saytının məlumatına görə, Möhsün Rzayi ölkənin milli valyutasının gündən-günə dəyərdən düşməsindən nigaran olduğunu bildirib: "Bugünkü 1000 tümən ötən ilin 300 tüməni dəyərindədir. İranın milli pulunu dəyərdən və etibardan salmaq istəyirlər. Bunun qarşısını almaq üçün ciddi tədbir görmək lazımdır. Ölkənin indiki iqtisadi durumu çox həssasdır və biz özümüzü ciddi bir mübarizəyə hazırlamalıyıq. Bu ağır durumun yaranmasında əli olanlar xalqın küçələrə çıxıb etiraz bildirməsinə çalışırlar və bu işdə fitnə cərəyanından da istifadə edirlər.

Düzdür, bu şəraitin yaranmasında bir sıra səriştəsizliklər də rol oynayıb. Bu, danılmazdır. Lakin ortaya sual çıxır: niyə elə bir vəziyyət yaranmalıdır ki, biz xalqın gündəlik ehtiyac duyduğu məhsulları - əti, düyünü təmin etməkdə və bahalığın qarşısını almaqda aciz qalmalıyıq? Güman edirəm ki, ölkədə iqtisadi problemlər tezliklə həllini tapmasa və indiki vəziyyət davam etsə, bu, düşmənlərimizə, o sıradan da Amerikaya ən böyük yardım olacaq. Belə olduqda isə onların İrana qarşı müharibə alovunu alışdırıb atəş açmasına ehtiyac qalmayacaq".

AzNews.az
Bağla X