12:32
(077) 610-22-33

İran Bolqarıstandakı səfirini geri çağırıb

  • >
559 11 Fevral 2013 09:49 | Dünya

İran Bolqarıstandakı səfirini geri çağırıb. APA-nın məlumatına görə, buna səbəb rəsmi Sofiyanın İran və "Hizbullah" təşkilatını İsrail turistlərinə qarşı terrorda günahlandırmasıdır.

Xəbərdə İran səfiri Qulamrza Bagirinin Bolqarıstanı tərk edəcəyi və rəsmi Tehranın Sofiya ilə diplomatik əlaqələrini azaldacağı qeyd olunub.

Qeyd edək ki, Bolqarıstan Daxili İşlər Nazirliyi apardığı araşdırmalardan sonra "Hizbullah" təşkilatının Burqas partlayışında məsuliyyət daşıdığını və bu terrorun arxasında İranın dayandığını açıqlayıb. Ancaq İranın Bolqarıstandakı səfiri mətbuat konfransı keçirərək, Burqasdakı partlayışın rəsmi Tehranla heç bir əlaqəsinin olmadığını bildirib.

AzNews.az
Bağla X