Böyük Britaniyanın paytaxtı Londonda avtomobil ilə piyadalara hücum edən şəxs “müsəlmanları öldürəcəm” - deyə qışqırıb. Böyük Britaniyanın paytaxtı Londonda avtomobil ilə piyadalara hücum edən şəxs “müsəlmanları öldürəcəm” - deyə qışqırıb.

Londonda törədilən terrorun təfərrüatları – “Müsəlmanları öldürəcəm”

Böyük Britaniyanın paytaxtı Londonda avtomobil ilə piyadalara hücum edən şəxs “müsəlmanları öldürəcəm” - deyə qışqırıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Finsberi Park Məscidi yaxınlığında törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Hücuma məruz qalan şəxslər məsciddən qayıdan müsəlmanlar olub.

London polisi hadisəni terror aktı adlandırıb.

Şahidlərin sözlərinə görə, sürücü avtomobili huşunu itirmiş adamın ətrafına toplaşan izdihamın üzərinə sürüb.

Məlumata görə, avtomobildə 3 nəfər olub. Onlardan biri - 48 yaşlı kişi həbs edilib. Digər 2 nəfər isə qaçaraq gizləniblər.

Şahidlər qeyd edir ki, 48 yaşlı kişi hadisədən sonra ətrafda olan insanların üzərinə hücum etməyə çalışıb. Lakin bir neçə nəfər onu zərərsizləşdirə bilib. Daha sonra onu polisə təhvil veriblər.

Bəxtiyar Abbasov

AzNews.az