Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələrinə məxsus qırıcı Raqqa şəhəri səmasında Suriya hərbi qırıcısını vurub. Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələrinə məxsus qırıcı Raqqa şəhəri səmasında Suriya hərbi qırıcısını vurub.

ABŞ Hərbi Hava Qüvvələri Suriya qırıcısını vurdu

Amerika Birləşmiş Ştatları hərbi hava qüvvələrinə məxsus qırıcı Raqqa şəhəri səmasında Suriya hərbi qırıcısını vurub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Suriyada müharibə başlamasından etibarən ilk belə hadisədir. Bu hadisəyə qədər iki ölkənin Hərbi Hava Qüvvələri arasında birbaşa qarşıdurma yaşanmamışdı.

Məlumata görə, Suriya qırıcıları Suriya Demokratik Qüvvələrinə məxsus düşərgəni bombaladıqdan sonra ABŞ qırıcıları onu təbiq etməyə başlayıb.

Rəsmi Dəməşq qırıcının vurulmasını “dəhşətli hadisə” kimi şərh edib və bildirib ki, hücumun təhlükəli nəticəsi olacaq.

Raqqa şəhəri “İŞİD” terror qruplaşmasının mərkəzi şəhəri hesab olunur.

Bəxtiyar Abbasov

AzNews.az