Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bütün dünya üzrə qaçqınların 65.6 milyon təşkil etdiyini bildirib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bütün dünya üzrə qaçqınların 65.6 milyon təşkil etdiyini bildirib.

Dünya qaçqınlarının sayı 65.6 milyona çatdı – Statistika

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bütün dünya üzrə qaçqınların 65.6 milyon təşkil etdiyini bildirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda qaçqın və məcburi köçkünlərlə yanaşı, xarici ölkələrdə siyasi sığınacaq alanlar da yer alıb.

Statistikaya əsasən, qaçqın və məcburi köçkünlərin əskəriyyəti Suriya, Əfqanıstan və Cənubi Sudandan olan insanlardır. Təkcə Suriyadan qaçqın düşən insanların sayı 12 milyon təşkil edir.

Ən çox qaçqın qəbul edən ölkələr arasında Türkiyə birinci gəlir. Pakistan, Livan və İran da çoxlu sayda qaçqın qəbul edən ölkələrdir.

Bəxtiyar Abbasov

AzNews.az