Şimali Koreyadan Amerika Birləşmiş Ştatlarına gətirilən tələbə Otto Uormbir vəfat edib. Şimali Koreyadan Amerika Birləşmiş Ştatlarına gətirilən tələbə Otto Uormbir vəfat edib.

Amerikalı tələbə dünyasını dəyişdi - Şimali Koreyada işgəncəyə məruz qalıb

Şimali Koreyadan Amerika Birləşmiş Ştatlarına gətirilən tələbə Otto Uormbir vəfat edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Otto Uormbir 15 ay idi ki, Şimali Koreyada həbsdə saxlanılırdı. Onun həbsdə işgəncəyə məruz qalması faktları iki ölkə arasında gərginliyin artmasına səbəb ola bilər.

Şimali Koreya rəsmiləri Uormbirin 1 ildir ki, koma vəziyyətində olduğunu açıqlayıb. Uormbirin zəhərləndiyi qeyd olunur. Amerikalı həkimlər isə, onun başından ağır zərbə aldığını müəyyən ediblər.

Uormbir 15 ay əvvəl Şimali Koreyaya qarşı “düşmənçilik” etdiyinə görə həbs olunmuşdu.

Bəxtiyar Abbasov

AzNews.az