Böyük Britaniyanın paytaxtı Londonda avtomobili müsəlmanların üzərinə sürən terrorçunun Derren Ozborn adlı şəxs olduğu üzə çıxıb. Böyük Britaniyanın paytaxtı Londonda avtomobili müsəlmanların üzərinə sürən terrorçunun Derren Ozborn adlı şəxs olduğu üzə çıxıb.

Müsəlmanlara hücum edən şəxsin kimliyi məlum oldu – Derren Ozborn (Foto)

Böyük Britaniyanın paytaxtı Londonda avtomobili müsəlmanların üzərinə sürən terrorçunun Derren Ozborn adlı şəxs olduğu üzə çıxıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Derren Ozbornun ailəsi hadisə ilə əlaqədar dərin sarsıntı keçirdiyini bildirib.

Ötən gün törədilən hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Polis hadisənin terror aktı olduğunu bildirib.

Faktla əlaqədar Londonda müsəlmanlara dəstək aksiyası keçirilib. Bir qrup fəal “Sevgi qazanacaq, terror məğlub olacaq”, “müsəlman qonşuma toxunma” şüarları ilə paytaxt küçələrində yürüş ediblər.

Bəxtiyar Abbasov

AzNews.az