Çin mədəniyyəti dünyanın ən qədim mədəniyyətlərindən biridir. Çin xalqına məxsus adət-ənənə bütün Asiya mədəniyyətinin formalaşmasına təsir edib. Çox az insan Çin xalqının maraqlı adət-ənənələrindən xəbərdardır. Əminik ki, bu 17 fakt sizi həm təəccübləndirəcək, həm də Çin mədəniyyətinə marağınızı artıracaq. Çin mədəniyyəti dünyanın ən qədim mədəniyyətlərindən biridir. Çin xalqına məxsus adət-ənənə bütün Asiya mədəniyyətinin formalaşmasına təsir edib. Çox az insan Çin xalqının maraqlı adət-ənənələrindən xəbərdardır. Əminik ki, bu 17 fakt sizi həm təəccübləndirəcək, həm də Çin mədəniyyətinə marağınızı artıracaq.

Qədim Çinlə bağlı 17 maraqlı fakt - FOTO

Çin mədəniyyəti dünyanın ən qədim mədəniyyətlərindən biridir. Çin xalqına məxsus adət-ənənə bütün Asiya mədəniyyətinin formalaşmasına təsir edib. Çox az insan Çin xalqının maraqlı adət-ənənələrindən xəbərdardır. Əminik ki, bu 17 fakt sizi həm təəccübləndirəcək, həm də Çin mədəniyyətinə marağınızı artıracaq.

AzNews.az Çinə məxsus 17 maraqlı, bəzən isə tükürpədici faktları təqdim edir.

1. Çin qədim dövrdə Qərbin yeganə farfor ixracatçısı olub.

Məhz buna görə ingilis dilində Çin sözü bəzən farfor sözünün sinonimi kimi istifadə olunur.

2. Dövlət qulluğuna imtahan zamanı köçürmə halı edamla cəzalandırılıb.

3. Çin xalqı ipəyin hazırlanması texnologiyasını 2 min il gizli saxlayıblar.

4. Dünyanın ən qədim nəşr olunmuş kitabı “Almaz sutra” Çinə məxsusdur.

5. Çinin bütün kişi əhalisi at quyruğu tükü toplamalı idi.

Bu, Tsin imperiyası dövründə baş verib. Həmin dövrdə mancurlar Çini işğal etmişdilər. Məhz onlar çinliləri at quyruğu tükü toplamağa məcbur edirdilər. Əks halda, onları edam gözləyirdi. Məlumata görə, mancurların belə bir tədbir görməsi çinlilərlə mancurları ayırd etmək üçün idi. Sonuncular at quyruğunu saçlarına taxırdılar.

6. Çinli döyüşçülər düşmənin ürəyini və qaraciyərini yeyirdilər.

Eyni zamanda, bu, şəxsi zəmində qisas almaq üçün cəzalandırma üsulu idi.

7. Qədim çinlilər uşaq sidiyində qaynadılmış yumurta yeyirdilər.

Bu, yumurtanı daha uzun müddət saxlamaq üçün idi.

8. Normal quruluşunu itirmiş pəncə qadın bədəninin ən seksual hissəsi hesab olunurdu.

Qədim dövrdə çinli qadınların baş barmaqlarından başqa digər ayaq barmaqlarını bir-birinə bağlayırdılar. Nəticədə bu barmaqlar öz quruluşlarını itirirdilər. Lakin çox az adama məlumdur ki, bu, qeyri-adi şəkildə seksual hesab olunurdu. Cinsi əlaqə məqsədilə kişilər qadınların ayaqlarını sığallayırdılar.

9. Qədim çinlilər tər iyinə nifrət edirdilər və buna görə də həmişə xoş ətir saçmağa çalışırdılar.

Bu məqsədlə qadınlar boyunlarında ətirli kisə gəzdirirdilər. Ağızdan gələn iyin qarşısını almaq üçün isə çinlilər mixək çeynəyirdilər.

10. Buna baxmayaraq, Çinin bəzi bölgələrində insanlar sudan qorxduqları üçün illərlə yuyunmurdular.

Daoistlər isə suyun insan bədəninə xəstəlik saldığını əsaslandıraraq ümumiyyətlə yuyunmurdular.

11. Qədim çinlilər biti yeyirdilər.

Bu, onlarda dırnaq gəmirmək kimi adətə çevrilmişdi.

12. Çinli həkimlər bitlərin davranışına əsasən insanların səhhətini müəyyən edirdilər.

Əgər bit insan bədənindən qaçırsa, deməli, həmin insanın ömrünü tamamlamasına az qalıb.

13. Qədim Çində kişilər axtalanma üçün növbəyə dururdular.

Məsələ burasındadır ki, xədim olmaq və imperator sarayında çalışmaq kasıb kişilərin öz yaşayışlarını təmin etməsi üçün yeganə çıxış yolu idi. Əksər hallarda, analar uşaqlarını doğuşdan dərhal sonra axtalayırdılar ki, böyüdükdə belə bir imkana sahib olsunlar.

14. Çinlilər eradan əvvəl 2-ci əsrdə endokrinologiya elminin sirlərinə bələd idilər.

Qərbdə isə bu elm 20-ci əsrdə inkişaf etməyə başlayıb. Əlbəttə, həmin dövrlərdə endokrinologiya elmi indiki kimi inkişaf etməmişdi. Məsələ burasındadır ki, çinli həkimlər həmin dövrdə hormonla əlaqədar yaranmış problemi sidiklə aradan qaldırmağa çalışırdılar. Onlar sidiyi buxara çevirirdilər. Nəticədə sidik kristallaşırdı və bunu yeyirdilər. Qəribə səslənsə də, bununla hormon xəstəliyi müalicə olunurdu.

15. Çinlilər tualet kağızını ixtira ediblər.

Düzdür, dünya bu ixtiradan vəcdə gəlmədi. Lakin həmin dövrdə Çində kanalizasiya və su təchizatı sistemi yox idi və bütün nəcasət çölə atılırdı. Digər mədəniyyət mənsubları “o iş”dən sonra yuyunduğu halda çinlilər kağızdan istifadə edirdilər.

16. Çinlilər yazını ixtira ediblər.

Yazının ixtirası şumerlərin adı ilə bağlı olsa da, çinlilər də müstəqil şəkildə öz yazılarını ixtira etmişidlər.

17. Çinlilər futbolu ixtira ediblər.

Əlbəttə, əksər mənbələrdə futbolun İngiltərədə yarandığı qeyd olunur, lakin bu ideya ilk dəfə Çində ortaya çıxıb.

Bəxtiyar Abbasov

AzNews.az