İran Amerika Birləşmiş Ştatları hökumətini “İŞİD” terror qruplaşmasına dəstək verməkdə təqsirləndirib. İran Amerika Birləşmiş Ştatları hökumətini “İŞİD” terror qruplaşmasına dəstək verməkdə təqsirləndirib.

İran Ağ Evi “İŞİD”ə dəstək verməkdə təqsirləndirdi

İran Amerika Birləşmiş Ştatları hökumətini “İŞİD” terror qruplaşmasına dəstək verməkdə təqsirləndirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Tehran tezliklə iddiaları sübuta yetirəcək dəlilləri yayımlayacağını deyib.

İran İnqilab Keşikçiləri Ordusu baş komandanlıq korpusunun müşaviri Həmid Rza Müqədəm Fər bu barədə açıqlama verib.

“Bu dəlillər hər hansı bir yazılı mətn və ya müqavilə şəklində deyil. Dəlillər “İŞİD” terrorçularının fəaliyyət göstərdiyi bölgələrdə baş verən hadisələrin aspektlərinə aiddir. Dəlillər ABŞ-ın hansı mövqelərdə “İŞİD”ə dəstək olduğunu göstərir. Burada söhbət silah, müxtəlif təchizat, nəqliyyat dəstəyi və tibbi yardımdan gedir”

Müşavir onu da əlavə edib ki, “İŞİD”in yaranmasında da ABŞ-ın rolu olub.

“Onlar bu faktı gizlədə bilməzlər. Hətta, onların indi guya ki, “İŞİD”i yaratmaqda səhvə yol verdiklərini etiraf etməsi və bu qruplaşmanı məhv etmək istəyi də yalandır. Bunu sübut edən çoxlu sayda dəlil var”

Bəxtiyar Abbasov

AzNews.az